"Range-Rover"i Elşad Kərbalayevin sürdüyü təsdiqləndi, həbs edildi – RƏSMİ – YENİLƏNİB

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Yeniavaz.com-a açıqlamasında bildirib ki, "Range Rover"i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub: "Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kəlbalayev tutularaq istintaqa cəlb edilib və həbs edilib".


***11:02
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Novxanı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama verilib.

 

Yeniavaz.com-un xəbərinə görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, hadisə iyunun 14-ü gecə saat 01:00 radələrində Novxanı bağlar ərazisində qeydə alınıb:

“Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10-CO-002 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil toqquşub. 

Nəticədə “Daewoo Damas”ın sürücüsü M.Ziyadov və sərnişinləri paytaxt sakinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

“Range Rover”in sürücüsü Ələsgər Əliyev və avtomobilin sahibi, sərnişin Elşad Kərbalayev xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətiriblər. Hazırda araşdırma aparılır”.
Qeyd edək ki, “Range-Rover”in sahibi Elşad Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkənidir.

DİGƏR XƏBƏRLƏR

Top