“İki erməni yolunu azaraq Azərbaycan tərəfə keçib”
Yeniavaz.com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb. Bildirilib ki, Zəngəzur bölgəsində əkinçilik işləri aparan iki sakin traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisinə daxil olublar. Xəbərə görə Ermənistan və Azərbaycan hərbçilərinin, həmçinin Rusiya sülhməramlılarının səyləri ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin, traktorlar geri qaytarılıb.