Xarici diplomatların Ağdama səfəri başa çatdı - YENİLƏNİB

“Ağdama 120-dən artıq diplomatla səfərimiz ailə fotomuzla başa çatdı”.
Yeniavaz.com
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviterdə deyib.

H. Hacıyev qeyd edib ki, diplomatik korpusla buradan bir neçə ildən sonra müasir, ağıllı Ağdam şəhərinə qayıdacaqlarını vəd edərək ayrılırlar: “Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.

***14:07
Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşələr, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.

Diplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib. (APA)

***13:00
Azərbaycanda və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfər çərçivəsində xarici diplomatik korpusların nümayəndələri Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olacaq, eləcə də Ağdamın tarixi və mədəniyyət abidələrini ziyarət edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top