Pakistanın sabiq qadın naziri canlı yayımda deputata sillə vurdu – VİDEO


Pakistanın keçmiş informasiya və federal yayım naziri Firdous Aşiq Avan canlı televiziya proqramında Pakistan Xalq Partiyasının millət vəkili Qadir Mandokhelə sillə vurub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə proqramdan sonra keçmiş nazir öz sosial şəbəkə hesabında açıqlama verib. Nazir Mandokhelin ona və atasına qarşı mənfi ifadələr işlətdikdən sonra əsəbdən belə bir addım atdığını bildirib. Həmçinin proqramın bütün görüntülərinin yayımlanmadığını vurğulayan Avan, məsələnin tək tərəfli müzakirə edildiyini deyib.

DİGƏR XƏBƏRLƏR

Top