20 ildən sonra növbəti alzheymer dərmanı təsdiqlədi


ABŞ-ın Qida və Dərman İdarəsi təxminən 20 il sonra alzheymer xəstəliyinin müalicəsi üçün bir dərmanın istifadəsini təsdiqləyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən dərman “Aduhelm” adlanır. Dərman beyində amiloyd adı verilən yapışqan maddəni azaldır. Dərman xəstədə immun sistemini gücləndirərək bədəni virus və toksik maddələrdən qoruyur. Mütəxəssislərin fikrincə bu dərman bütün xəstələr, xüsusilə xəstəliyi çox irəliləmiş şəxslər üçün qənaətbəxş olmaya bilər. Dərmanın bu il satışa çıxarılacağı deyilir.
Qeyd edək ki, ABŞ-da alzheymer xəstələri üçün dərman sonuncu dəfə 2003-cü ildə təsdiqləyib. Həmin dərman xəstəliyin simptomlarını müəyyən müddətə azaltsa da, qarşısını ala bilmir.

DİGƏR XƏBƏRLƏR

Top