Erməni polkovnik: "Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik"


Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində çox sayda mina yerləşdirdiklərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki,  bu barədə tviter sosial şəbəkəsində video yayımlanıb. O videoda işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində mina yerləşdirildiyini deyib:
"Mənim birləşmələrim, eləcə də mən Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik. Minalara görə ərazidə heç nə edə bilməyəcəksiniz. Hərbi əsirlərimizi bizə qaytarın. O halda minaların basdırıldığı ərazini göstərən xəritəni sizə verəcəyik".

DİGƏR XƏBƏRLƏR

Top