Komaya düşən qazinin səhhəti ilə bağlı açıqlama – VİDEO + YENİLƏNİB


Vətən müharibəsi iştirakçısı Masallı rayon sakini, 1998-ci il təvəllüdlü Zeynal Şahhüseynlinin səhhəti pisləşib.

Z. Şahhüseynlinin atası Fizuli Şahhüseynli "qafqazinfo"ya açıqlamasında bildirib ki, oğlu müharibədə beyin damarından kontuziya alıb: “Buna görə də əvvəl Füzuli hospitalında müalicə alıb. Daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında yatıb. Hospitaldan buraxıldıqdan sonra ev şəraitində müalicə alırdı. Ona hələlik qazi statusu verilməyib. Sol tərəfində keyləşmə gedirdi".
O qeyd edib ki, oğlu indi Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında müalicə alır: "İyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. İndi oğlum Lənkəran Şəhər Mərkəzi Xəstəxanasındadır. Həkimlər onun sağlamlığı üçün mübarizə aparırlar. Əllərindən gələni edirlər. Amma buradakı müalicə deyil. Buradakı həkimlərin bakıdakılarla məsləhətləşmələrindən sonra qərara gəlindi ki, onun paytaxta aparılması mümkün deyil. Ona görə burada saxlanılıb. Hazırda cihazlara bağlıdır. Gözləyirlər ki, vəziyyəti normallaşsın. Ondan sonra köçürülmə ola bilər. Hələlik gözləmədəyik".
Qazinin səhhətiylə bağlı Lənkəran Mərkəzi Xəstəxansından bildirilib ki, Zeynal Şahhüseynlinin halı dünən qəfildən  pisləşib, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib: “Dünən KT olunub, nəticələri barədə Neyrocərahiyyə Mərkəzinin reanimatoloqu və neyrocərrahı ilə danışılıb. Xəstənin bir yerdən digər yerə köçürülməsi tövsiyə olunmur. Ona simptomatik müalicə lazımdır. Hazırda xəstəxananın həkimləri müalicəsi ilə məşğul olurlar”.


***11:12
Masallı rayon sakini, Vətən Müharibəsi qazisi Zeynal Şahhüseyinov Fizuli oğlu müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Yeniavaz.com xəbər verir ki, Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.
Əsgər Şahhüseynov yaralandıqdan sonra döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb.
Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində müalicə alan qazi nitq və eşitmə qabliyyətini itirmişdi.
Məlumata görə, qazi ötən gün günorta saatlarında komaya düşüb.



Foto: İnter.az

DİGƏR XƏBƏRLƏR

Top