Şəmkirdə kişi keçmiş həyat yoldaşının ərini bıçaqladı


Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Vüsal Hüseynov və onun həmyerlisi 1986-cı il təvəllüdlü Vasif Həsənov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Bu zaman V.Hüseynov bıçağa əl ataraq V.Həsənova üç bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir. Hadisəni törədən şəxs isə saxlanılıb.

Vasif Həsənovun Vüsal Hüseynovun keçmiş həyat yoldaşının əri olduğu bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. / Report

DİGƏR XƏBƏRLƏR

Top