Mingəçevirdə yeniyetmə qız özünü Kür çayına atıb.
Yeniavaz.com xəbər verir ki, hadisə axşam saatlarında Mingəçevirdə qeydə alınıb. 14 yaşlı şəhər sakininin çaya atıldığını görən qayıqçı Elgün Əlicanov dərhal suya düşərək onu xilas edib. Yeniyetmə qayıqla sahilə çıxarılaraq Təcili yardım birqadasına təhvil verilib. Xəstəxanaya yerləşdirlən yeniyetmə qıza tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir