Ermənistanda nazir müavini istefa verdi


Ermənistanın xarici işlər nazirinin müavini Qaqik Qalaçyan istefa verib.
Yeniavaz.com
erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib.
Qeyd edək ki, Ermənistan mətbuatında Ara Ayvazyanın digər müavinlərinin də istefa vermək niyyətində olduğu haqqında xəbərlər yayılmışdı.
Xatırladaq ki, Ermənistan XİN başçısı Ara Ayvazyan mayın 27-də istefa verib. 
O xarici işlər naziri vəzifəsinə 18 noyabr 2020-ci ildə təyin edilmişdi, o, Zohrab Mnatsakanyanı əvəz etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top