İsraildə yaxın günlərdə koalisiya hökuməti qurulacaq


İsraildə “Yeş Atid” və “Yamina” partiyalarının koalisiya hökuməti qurmaq üçün razılığa gəldiyi bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Xatırladaq ki, İsraildə 2 il içərisində 4-cü növbədən kənar parlament seçkilərində heç bir partiya yetərsəs toplamadığı üçün baş nazir Benyamin Netanyahuya koalisya hökuməti qurmaq vəzifəsi verilmişdi.
Qeyd edək ki, İsrail mətbuatı “Yamina” lideri Naftali Bennettin və “Yeş Atid” lideri Yair Lapidin koalisiya hökuməti qurmaq üçün razılığa gəldiklərini yaxın günlərdə açıqlayacağını, 8 iyunda isə hökumətin qurulacağını vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top