“Bəzi institut direktorları islahatlara mane olur" – Ramiz Mehdiyev


AMEA Rəyasət Heyətinin hibrid rejimdə Ümumi yığıncağı keçirilir.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, yığıncaqda AMEA-nın Prezidenti, həqiqi üzvləri, dövlət rəsmiləri, müxbir üzvlər iştirak edirlər.
AMEA Prezidenti Ramiz Mehdiyev gündəlikdəki məsələləri diqqətə çatdıraraq bildirib ki, yığıncaqda Nizamnaməyə əlavə və dəyişikliklər ediləcək, Nizamnamə Komissiyasının yeni tərkibi seçiləcək, AMEA Rəyasət Heyətinin rəhbər vəzifələrinə və üzvlüyünə seçkilər keçiriləcək, Rəyasət Heyətinin yeni tərkibi təsdiq ediləcək.
O qeyd edib ki, son bir ildə akademiyanın 10 üzvü dünyasını dəyişib.
Daha sonra dünyasını dəyişən alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
R. Mehdiyev Azərbaycanın müharibədə qazandığı qələbədən söz açıb: "Qurur hissi ilə qeyd etmək istəyirəm AMEA da qələbənin qazanılmasına öz töhfəsini verib. Bu dövrdə müdafiə fonduna ordunun ehtiyacları üçün vəsait ayrılıb. Eyni zamanda akademiyanın bir çox əməkdaşı könüllü olaraq orduya yazılıb. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlərdə akademiya dövlətin yanındadır. Qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırıq".
R. Mehdiyev pandemiyadan da söz açıb, bildirib ki, ölkədə vaxtında görülən tədbirlər müsbət dinamikaya yol açıb: "Pandemiya dövründə elmi fəaliyyətin tam təşkili mümkün olmayıb. Bununla belə işlərimiz davam etdirilib. Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm, akademiyada islahat olmalı, cənab Prezidentin göstərişləri yerinə yetirilməlidir".

DİGƏR XƏBƏRLƏR

Top