Neft ölkələrində benzinin qiyməti – Azərbaycan SİYAHIDA neçəncidir?


Məlum olduğu kimi, hazırda Azərbaycanda Premium ("Aİ-95") markalı benzin yanacaqdoldurma məntəqələrində 1,25 manata (73 sent) satılır.
Yeniavaz.com
məşhur “globalpetrolprices” portalına istinadən xəbər verir ki, Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti neft hasil edən əsas ölkələrin əksəriyyətindəki analoji qiymətlərdən bahadır.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açqıladığı hesabata görə hazırda dünyada 7 milyard bareldən artıq neft ehtiyatına sahib olan 19 ölkə var. 
Azərbaycan "Aİ-95" markalı benzinin qiymətinə görə bu ölkələr arasında 14-cı sırada qərarlaşıb. Yalnız, ABŞ, Braziliya, Çin və Norveçdə benzinin qiyməti Azərbaycanla müqayisədə yüksəkdir. Digər əsas neft ölkələrində "Aİ-95" markalı benzin ölkəmizdəki qiymətlərə nisbətən daha ucuz satılır.
7 milyard barreldən çox neft ehtiyatı olan ölkələrdə benzinin qiyməti
ÖLKƏLƏR "Aİ-95" benzinin qiyməti (1 litr) Neft
ehtiyatları
1 Venesuela 2 sent 302,81 milyon barel
2 İran 7 sent 155,6 milyon barel
3 Anqola 25 sent 8,16 milyon barel
4 Əlcəzair 34 sent 12,2  milyon barel
5 Küveyt 35 sent 101,5 milyon barel
6 Nigeriya 41 sent 36,97 milyon barel
7 Qazaxıstan 43 sent 30 milyon barel
8 Ekvador 51 sent 8,27 milyon barel
9 İraq 51 sent 145 milyon barel
10 Qətər 51 sent 25,2 milyon barel
11 S. Ərəbistanı 59 sent 267 milyon barel
12 BƏƏ 59 sent 97,8 milyon barel
13 Rusiya 66 sent 80 milyon barel
14 AZƏRBAYCAN 73 sent 7 milyon barel
15 ABŞ 89 sent 47,12 milyon barel
16 Braziliya 106 sent 12,83 milyon barel
17 Çin 112 sent 25,92 milyon barel
18 Norveç 205 sent 8,75 milyon barel
19 Liviya - 48,36 milyon barel

Qeyd edək ki, internet resurslarda Liviyada benzinin pərakəndə satış qiymətilə bağlı məlumat mövcud deyil.

DİGƏR XƏBƏRLƏR

Top