Şoyqunun iclasında hərbi hissə komandiri 5 saniyə gözlərini aşağı dikdi, görün nə oldu – VİDEO


Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bir neçə ay qabaq keçirdiyi onlayn iclasda hərbi hissə komandirinin yuxuya getməsi iddiası yenidən gündəmə gəlib.
Yeniavaz.com
“lenta.ru”ya istinadla xəbər verir ki, bəhs edilən hərbi hissə komandiri haqqında başladılan araşdırma tamamlanıb. Nəticədə, polkovnikin yuxuya getmədiyi, gözlərini 5 saniya aşağı dikərkən Şoyqunun fikirlərini qeyd etdiyi məlum olub. Görüntülər izlənilərkən digər yüksək rütbəli hərbçilərin də 5 saniyədən çox aşağı baxdıqları bilinib. Bu səbəblə Şoyqunun keçirdiyi iclaslarda Rusiya zabitlərinin 5 saniyədən çox digər istiqamətlərə baxmasının qadağan edilməsi təklif edilib. 
Xatırladaq ki, Sergey Şoyqu 3 noyabr 2020-ci il tarixdə videokonfrans şəklində görüşdə iştirak edən polkovnik Vyazovski iclasın başlamasından yarım saat sonra yuxuya getdiyi iddia edilmişdi. 5 saniyə müddətində gözlərini aşağı dikən zabit haqqında araşdırma başladılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top