
Bakı şəhəri Qaradağ rayonunun Puta qəsəbəsində bələdiyyə tərəfindən sakinlərin tikdiyi stadionun sökdürülməsi ilə bağlı iddia yayılıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Məsələ ilə bağlı Puta bələdiyyəsindən Yeniavaz.com-a bildirilib ki, iddialar əsassızdır:
“Orada ümumiyyətlə meydança olmayıb. Sözügedən ərazidə azyaşlı uşaqlar futbol oynayırdılar. Pandemiya dövrü olduğuna görə, dəfələrlə xəbərdarlıq etsək də, yenə də gəlib orada futbol oynayırdılar. Biz də, uşaqların futbol oynamamsı üçün həmin əraziyə bəzi şeylər əlavə etmişik. Amma meydança üçün müraciət ediblər, meydança üçün ərazi də ayrılır”.