Elariz Məmmədoğlu "Greencard" qaliblərini təbrik etdi – VİDEO


2 ildən çoxdur ki, ABŞ-ın “New York” şəhərində yaşayan azərbaycanlı müğənni Elariz Məmmədoğlu "Greencard" qaliblərini təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, videomüraciət edən müğənni qaliblərə tövsiyə edərək, onlara səbrli olmağı bildirib: ""Greencard" qalibi olduqdan sonra qaliblər ABŞ səfirliyindən viza alana kimi uzun müddət gözləməli olurlar. Buna görə də səbrli olmaq lazımdır. Mənim olduğum şəhərdə əsasən rus dili rol oynayır, lakin ABŞ-ın bütün imkanlarından faydalanmaq istəyirsinizsə ingilis dilini yaxşı öyrənmək lazımdır". 
Qeyd edək ki, hər il 100-lərlə azərbaycanlı may ayında "Greencard" qalibi olmaq sevincini yaşayır. Qalib olmuş şəxslər ABŞ-da qanuni şəkildə ömürlük yaşamaq hüququ qazanırlar. "Greencard" Azərbaycan şirkəti 2011-ci ildən bəri ABŞ dövlətinin "Greencard" proqramı çərçivəsində həm müraciətçilərə, həm də qaliblərə müxtəlif xidmətlər göstərir. 
Proqram haqda daha ətraflı məlumat bu linkdə

DİGƏR XƏBƏRLƏR

Top