Rusiya Zəngəzurda baş verən gərginliklə bağlı yardım təklif etdi


Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərində yardım təklif edib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Lavrov bu barədə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi üçün Rusiya köməklik göstərə bilər:
"Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, bu işdə onlara kömək etməyə hazırıq. Həm kartoqrafik materiallarla işdə, həm də məsləhət xarakterli müzakirələrin aparılmasında tərəflərə dəstək ola bilərik. Orada heç bir dəfə də atəş açılmayıb, atışma baş verməyib”. 
Xatırladaq ki, mayın 12-də Zəngəzur bölgəsindəki Azərbaycan-Ermənistan sərhədində gərginlik baş vermişdi. 

DİGƏR XƏBƏRLƏR

Top