Başına dəmir parçası düşərək ölən qadınla bağlı bir nəfər məsuliyyətə cəlb olundu


Bakıda başına dəmir parçası düşərək ölən qadınla bağlı bir nəfər istintaqa cəlb olunub.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, həmin cinayət işinin istintaqı başa çatıb və Hüseynov Cavid Həsrət oğlu həmin üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İşə hakim Solmaz Mustafayevanın icraatında baxılacaq.
Qeyd edək ki, bədbəxt hadisə bu il martın 7-də qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızı qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top