"Bilərəkdən etdiyini bilsəm bağışlamazdım" - Şəhid xanımı Qənimətlər Parkında onlardan ödəniş alınmasından yazdı


"Məsələyə aydınlıq gətirildi. Bilmədən işçinin səhvi olub, bilərəkdən etdiyini bilsəm bağışlamazdım" 
Yeniavaz.com
xəbər verir ki bu sözləri Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova özünün sosial şəbəkədəki hesabında yazıb.
Şəhid xanımı Hərbi Qənimətlər Parkında onlardan ödəniş alınması ilə bağlı məsələyə aydınlıq gətirildiyini və problemin həll olunduğunu bildirib: "Keçən dəfə Qənimətlər Parkında şəhid ailəsinin ödənişsiz keçməyi barədə təlimat qaydalarina riayət olunmayıb, bizdən pul alınmağına görə status paylaşmışdım. Dəyərli xalqımın bizlərə verdiyi dəyəri, hörməti bir daha gördüm. Var olun! Hər kəs bir nəfər kimi bizi müdafiə etdi. Məsələyə aydınlıq gətirildi. Bilmədən işçinin səhvi olub, bilərəkdən etdiyini bilsəm bağışlamazdım. Onun üçün də statusu sildim. Öz haqqımızı müdafiə etmək və qorumaq bizim borcumuzdur. Söhbət orda olan pulun mahiyyətindən yox, bizlərə olan diqqət və qayğıdan gedirdi. Hər kəsə təsir edər ki, can yoldaşının qanı bahasına gətirilmiş qənimətlərə baxış bizim üçün də ödənişli olsun. Və bunun işçinin səhvi olduğunu bildiyimə görə bağışlamaq qalır bizə. Allah da bağışlayandır. İnşallah bundan bir dərs götürülər, belə diqqətsizlik halları bir daha təkrarlanmaz. Və bizlərin yarasına duz səpilməz!!!"

DİGƏR XƏBƏRLƏR

Top