Zakir Həsənov azad olunan ərazilərə getdi, bölmələrə tapşırıqlar verdi - FOTOLAR


Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə yerləşən Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) bölmələrindən birində olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan müdafiə naziri ərazidə döyüş növbətçiliyi aparan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinə baxış keçirib.
Müdafiə naziri döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, hava məkanımızın daha etibarlı qorunması, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

DİGƏR XƏBƏRLƏR

Top