Dünyanın ən bahalı futbolçularının reytinqi hazırlanıb – SİYAHI

KPMG auditor şirkəti dünyanın ən bahalı futbolçularının siyahısını tərtib edib.

“Championat” resursunun məlumatına görə, reytinqdə ilk pilləni PSJ-nin hücumçusu Kilian Mbappe tutur. Onun transfer qiyməti 189 milyon avro səviyyəsində dəyərləndirilir.

Siyahının ikinci pilləsində 131 milyon avro transfer qiymətilə “Borussiya” Dortmundun norveçli hücumçusu Erlinq Holand qərarlaşıb. Onu “Tottenhem”li Harri Keyn izləyir. Premyer Liqa oyunçusunun transfer hüququ 127 milyon avroya qiymətləndirilir.

Beləliklə də, KPMG-nin versiyası üzrə dünyanın ən bahalı futbolçularının ilk onluğu aşağıdakı kimidir:

1. Kilian Mbappe (“PSJ”) – 189 milyon avro;

2. Erlinq Holand (“Borussiya” Dortmund) – 131 milyon avro;

3. Harri Keyn (“Tottenhem”) – 127 milyon avro;

4. Markus Reşford (“Mançester Yunayted”) – 121 milyon avro;

5. Rahim Sterlinq (“Mançester Siti”) – 119 milyon avro;

6. Neymar (PSJ) – 116 milyon avro;

7. Kevin de Brüyne (“Mançester Siti”) – 113 milyon avro;

8-10. Ceydon Sanço (“Borussiya” Dortmund) – 110 milyon avro;

8-10. Məhəmməd Salah (“Liverpul”) – 110 milyon avro;

8-10. Trent Aleksander Arnold (“Liverpul”) – 110 milyon avro.
oxu.az

DİGƏR XƏBƏRLƏR

Top