Erməni KİV: Azərbaycan əsgərləri Gorus şəhərinin 5 kilometrliyindəki yüksəkliyə çıxdılar - VİDEO


Ermənistan mətbuatı Azərbaycan əsgərlərinin Gorus şəhərinin 5 kilometrliyindəki yüksəkliyə çıxdıqları barədə video görüntü yayıb.
Yeniavaz.com “tert.am” saytına istinadən bildirir ki, videoda göstərilən yerin Verişen kəndindən 2 kilometr aralıda yerləşdiyi qeyd olunub.
Qeyd edək ki, Verişen kəndi Ermənistanın Gorus şəhərindən 3 kilometr məsafədə yerləşir.
Onu da bildirək ki, ötən gün Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla Ermənistan arasında yerləşən Zəngəzur bölgəsində döyüşlərin başladığına dair məlumat yayanların cəzalandırılacağı barədə açıqlama yayıb.

DİGƏR XƏBƏRLƏR

Top