Şəhid Məhəmməd Osmanovun övladı dünyaya gəlib - FOTO/VİDEO


Ömürünün 26-cı baharında şəhidlik zirvəsinə yüksələn Məhəmməd Osmanovun oğlu dünayaya gəlib.
Yeniavaz.com xəbər verir ki, şəhid Məhəmməd Ağdaş rayonunun Ərəbocaq kəndində doğulub. Onun uşaq yaşlarından hərbiyə böyük marağı olub. Hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qoşulub. İki il müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmət edib. Ən böyük arzusu torpaqlarımızın düşmən tapdağından azad edilməsi olub. 

Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüşü Talış kəndi uğrunda olub. Sentyabrın 29-da şəhid olub. 4 oktyabrda doğulduğu Ərəbocaq kəndində torpağa tapşırılıb. Şəhid "Suqovuşan uğrunda" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhidimizin atası I Qarabağ müharibəsinin iştirakçısı olub. O, oğluna dəfələrlə başqa sahədə çalışmağı təklif etsə də, Məhəmməd atasına məhəl qoymadan hərbçi olmağı seçib. Şərəfli döyüş yolu keçən Məhəmməddən geriyə bir qız övladı qlıb. Şəhid tezliklə oğlan atası da olacaqdı. Amma Məhəmmədə onu görmək qismət olmadı. Olacaq oğluna Məhəmmədxəlil adını vermək istəyirdi. Anası Sevda xanım oğlunun ölmədiyini və həmişə onların qəlbində yaşayacağını bildirib.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinin müdiri Rahilə İbadullayeva bildirdi ki, may ayının 9-da şəhidimizin övladı keysəriyyə əməliyyatı ilə dünyaya gəlib: "Uşaq 2 kq 900 çəkidə sağlam dünyaya gəlib. Hazırda ananın və uşağın durumu kafi vəziyyətdədir. Bu gün Mingəçevir şəhər xəstəxanası şəhidimizin övladını təmtəraqla evinə yola saldıq. Qeyd edim ki, Mingəçevir şəhər xəstəxanası artıq 3-cü şəhid övladını yola salıb”.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top