""Tərtər işi" ilə bağlı əsassız hay-küy yaratmaq absurddur" - Kamran Əliyev


Baş Prokuror Kamran Əliyev son günlər sosial şəbəkələrdə "Tərtər işi" ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

K.Əliyev jurnalistlərə açıqlamasında qeyd edib ki, "Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparılıb.

"Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlar başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurdur". //Report

DİGƏR XƏBƏRLƏR

Top