Azərbaycan Rusiyadan beynəlxalq pul köçürmələrində lider oldu – Anonim məlumatlar araşdırılıb


Rusiya Standart Bankının araşdırmalarına görə, 2021-ci ilin birinci rübünün nəticələrində Azərbaycanın Rusiyadan beynəlxalq pul köçürmələrində lider olduğu bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat verib. Bildirilib ki, ikinci sırada Belarus, üçüncü sırada isə Qazaxıstan yer alır. 
Pul köçürmələrində ilk beşlikdə İspaniya və Moldova da var. 
Tədqiqat çərçivəsində bank analitikləri 2021-ci ilin birinci rübündə Moskvadan və ətrafından, Sankt-Peterburqdan və Leninqrad bölgəsindən bütün beynəlxalq və uzunmüddətli köçürmələrə dair anonim məlumatları araşdırıblar.

DİGƏR XƏBƏRLƏR

Top