Ermənistanda Robert Köçəryanın başçılıq etdiyi yeni siyasi bloq yarandı


Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün “Daşnaksütyun” və “Ermənistanın dirçəlişi” partiyaları ilə 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak haqqında bəyannamə imzalayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Köçəryanın rəhbərlik etdiyi blok "Ermənistan" adlanacaq.
Sənədi imzalamadan əvvəl Robert Köçəryan, eləcə də “Daşnaksütyun” partiyasının sədri İşxan Saqatelyan və “Ermənistanın dirçəlişi” partiyasının sədri, Sünik bölgəsinin keçmiş qubernatoru Vahe Hakobyan çıxış ediblər.
Köçəryanın nümayəndəsi  Viktor Soqomonyan siyasi qüvvələr arasında əməkdaşlığa dair bəyannamənin mətnini oxudu.
Bəyannamədə blok üzvləri, parlament çoxluğu ilə ölkəni idarə etmək məsuliyyətini öz üzərlərinə götürməyə hazır olduqlarını dilə gətirdilər. Yeni yaradılan blokun şüarı isə “Güclü bir Ermənistana doğru” olacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top