İşdən çıxandan sonra biraz yatacağam, təbiətdə gəzəcəyəm – Angela Merkel


Almaniya kansleri Angela Merkel işdən çıxandan sonra nə edəcəyi barədə danışdı.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Merkel Almaniya hökumətinin başçısı vəzifəsindən ayrıldıqdan sonra nə edəcəyi barədə düşünməyə hələlik vaxtının olmadığını bildirib:
"İşim, xüsusilə pandemiyası vaxtlarında bütün vaxtımı alır. Buna görə nə edəcəyimi düşünmək üçün qətiyyən vaxtım yoxdur. Ola bilsin işdən çıxandan sonra bir az yatacağam, təbiətdə gəzəcəyəm və o zaman dəqiq nə edəcəyimi düşünə bilərəm”.
Qeyd edək ki, Almaniyada növbəti parlament seçkiləri 26 sentyabr 2021-ci ildə keçiriləcək. Həmin seçkilərdə Angela Merkel iştirak etməyəcək.
Xatırladaq ki, Merkel 2005-ci ildən həmin vəzifəni tutur.
 

DİGƏR XƏBƏRLƏR

Top