Rəşad Sadıqov cəzalandırıldı


AFFA “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu cəzalandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Azərbaycan kubokunun yarımfinalında “Zirə” – “Keşlə” qarşılaşmasında olan hadisə müzakirə edilib. AFFA-nın İntizam Komitəsinin çıxardığı  qərara əsasən Rəşad Sadıqov və hadisənin digər iştirakçıları cəzalandırılıb.
Rəşad Sadıqov oyun vaxtı texniki zonada qaydaları pozub və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən baş məşqçi 2 oyunluq cəzalandırılıb. “Zirə” klubu isə 1600 manat cərimə edilib.

DİGƏR XƏBƏRLƏR

Top