İraqda neft yatağına hücum edildi – ölən və yaralananlar var


İraqın şimalında yerləşən neft yatağına hücum nəticəsində təhlükəsizlik və polis əməkdaşları arasında ölən və yaralananların olduğu bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, yatağa naməlum şəxslər tərəfindən hücum olunub. İki neft quyusu partladılıb. Quyulardan birində yanğın tez nəzarətə alınsa da, digərində mümkün olmayıb.
Qeyd edək ki, məlumat İraq Neft Nazirliyi tərəfindən təsdiqlənib. Qurbanların və yaralananların dəqiq sayı açıqlanmayıb. Hadisə nazirlik tərəfindən qınanıb və bundan sonra təhlükəsizlik qaydalarına daha da ciddi nəzarət olunacağı bildirilib.

 

DİGƏR XƏBƏRLƏR

Top