Səudiyyə Ərəbistanı Suriyada səfirlik açır


Ramazan ayından sonra Suriyanın paytaxtı Dəməşqdə Səudiyyə Ərəbistanın səfirliyinin açılacağı bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Rai Al Youm” qəzeti məlumat yayıb. Səfirliyin Suriya-Səudiyyə Ərəbistan arasında münasibətlərin normallaşması üçün açılacağı vurğulanıb. Diplomatik nümayəndəliyin 13 maydan etibarən fəaliyyətə başlayacağı bildirilib.
Qeyd edək ki, səfirliyin açılması məsələsi ilə bağlı 3 mayda Səudiyyə Ərəbistanla Suriya arasında razılığa gəlinib.

DİGƏR XƏBƏRLƏR

Top