Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı əmanətlərinin həcmi 279,4 milyon manat olub.
Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, əmanətlərin 115 milyon manatı milli valyutada, 164,5 milyon manatı xarici valyutada yerləşdirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə əcnəbilərin banklardakı əmanətlərinin həcmi 38,8% və ya 177,6 milyon manat azalıb. Azalma yalnız xarici valyutada yerləşdirilən əmanətlər üzrə qeydə alınıb. Belə ki, əcnəbilərin banklara xarici valyutada yerləşdirdikləri əmanətlər son bir ildə 345,1 milyon manatdan 164,5 milyon manata düşüb. Əcnəbilərin milli valyutada yerləşdirdikləri əmanətlər isə son bir ildə az da olsa artıb. Ötən iln aprel ayının əvvəlində əcnəbilərin milli valyutadan olan əmanətləri 111,8 milyon manat olduğu halda, bu ilin aprel ayının əvvəlində 115 milyon manat olub.
Məlumat üçün bildirək ki, əcnəbilərin Azərbaycan banklarında yerləşdirdikləri əmanətlərin həcmi ən yüksək həddə 2015-ci ildə çatıb. 2015-ci ildə əcnəbilərin banklardakı əmanətlərinin həcmi 1 milyard 233,1 milyon manat azalıb.