Azərbaycanda quşların sayı kəskin azaldı – RƏSMİ


Bu ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatı müəssisələri üzrə 11 milyon 477 min 693 baş quş mövcud olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə quşların sayı 16,5% və ya 2 milyon 268 min 723 baş azalıb.
Onu da bildirək ki, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə bu ilin yanvar-mart aylarında yumurtlayan toyuqların sayı daha çox azalıb. Son bir ildə yumurtlayan toyuqların sayı 18,5% və ya 769 min 309 baş azalaraq 3 milyon 391 min 82 başa düşüb.
Qeyd edək ki, yumurtlayan toyuqların sayının azalması yumurta istehsalına da mənfi təsir edib. Son bir ildə ölkədə yumurta istehsalı 4,4% azalaraq yanvar-mart aylarında 463 milyon 684 min ədədə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top