Suriyada müxalif qruplaşmanın silah anbarı vuruldu


Suriyanın İdlib bölgəsində müxalifətçilərə məxsus silah anbarı pilotsuz təyyarə vasitəsilə vurulub.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, hadisə nəticəsində ən az 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Verilən məlumata görə, PUA vasitəsilə edilən hücum qaçqın düşərgəsi yaxınlığında həyata keçirilib. Bu səbəblə itki sayının artacağı gözlənilir.
 Qeyd edək ki, İdlib Türkiyənin dəstəklədiyi müxalif qruplarının əlində olduğu bölgədir.

 

DİGƏR XƏBƏRLƏR

Top