
Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfat etməsilə əlaqədar başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyəli nazir öz tviter hesabında paylaşım edib:
"Azərbaycanın gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfat etdiyini öyrəndim. Cənab Rəhimov həmişə ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verib. Qiymətli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Azərbaycanın və ölkəmizin başı sağ olsun".
Azerbaycan Gençlik ve Spor Bakanı dostum Azad Rahimov'un vefatını üzüntüyle öğrendim.
— Dr. Mehmet Kasapoğlu (@kasapoglu) April 30, 2021
Sayın Rahimov, ülkelerimiz arasındaki ilişkilerin gelişmesine her daim katkı sağlamıştır.
Değerli kardeşime Allah'tan rahmet, ailesine sabır dilerim. Azerbaycan'ın ve ülkemizin başı sağ olsun. pic.twitter.com/X1MqFcrnih