Qırğızıstanda matəm elan olundu


Tacikistanla sərhəddə silahlı qarşıdurma zamanı ölənlər səbəblilə Qırğızıstanda 1-2 may tarixlərində matəm elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov sərəncam imzalayıb. Bildirilir ki, silahlı qarşıdurma nəticəsində həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında çox sayda itki və xəsarət alanlar var. Bu müddət ərzində ölkə daxilində, eləcə də xaricdəki diplomatik və konsulluq ofislərinin binalarında dövlət bayraqları endiriləcək. Mədəniyyət müəssisələri, televiziya və radio şirkətlərindən bu günlərdə əyləncəli tədbirlərin və proqramların təxirə salınması istənilib.

DİGƏR XƏBƏRLƏR

Top