Rusiyada olan Paşinyanın təyyarəsi xarab olub, Yerevana qayıda bilmir


Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təyyarəsində texniki nasazlıq aşkarlanıb.

Bu barədə Ermənistan hökumətindəki mənbəyə istinadən “Aysor.am” bildirib.

Məlumata görə, hazırda nasazlıq aradan qaldırılır.

Hökumətdən bildirilib ki, əgər problem həll edilməsə, nümayəndə heyəti Ermənistana başqa təyyarədə qayıdacaq.

Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtı Kazanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edib.//report

DİGƏR XƏBƏRLƏR

Top