Qırğızıstan və Tacikistan atəşkəs barədə razılığa gəldi


Qırğızıstan və Tacikistan xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.
Razılığa əsasən, bu gün yerli vaxtla saat 20.00-dan atəşkəs qüvvəyə minməlidir.
Razılaşmaya görə, hər iki tərəfdən silahlı qüvvələr əvvəlki yerlərinə qayıdacaq.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhəddində baş verən qarşıdurma nəticəsində 1 nəfər ölüb, 31 nəfər yaralanıb.
Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasındakı sərhədin uzunluğu 976 kilometrdir, bunun yalnız 504 kilometrində delimitasiya və demarkasiya prosesi baş tutub.
Qalan ərazilərin kimə məxsusluğu təyin olunmadığından bu iki ölkə arasında qarşıdurmaya səbəb olur.
 

DİGƏR XƏBƏRLƏR

Top