Həkim: “Öskürəyi olan pasientlər bunu edərək iztirab yoluna addım atmış olurlar”


"Yaşından, cinsindən, mövsümdən və sair asılı olmayaraq ətrafımızda hər zaman öskürən insanlar var. Olduqca yayğın olan bu şikayətin bir çox səbəbi var. Təəssüf olsun ki, əksər hallarda bu şikayətlə pasiyentlər ən yaxın aptekə baş vurmaqla boğaz üçün dərman alıb, iztirab yoluna addım atmış olurlar. Nadirən sağalma baş versə də, bir çox halda bu dərmanın ardınca başqası, bir digəri və növbətisi gəlir. Bu səbəbdən  pasiyentlərin bir qismi artıq aqibətilə barışaraq müalicədən əl çəkmiş olur, bir qismi isə həkimə bir torba spreylər, qarqara üçün məhlullar və həblərlə müraciət edir".

Yeniavaz.com xəbər verir ki, bu sözləri qulaq-burun-boğaz və baş-boyun carrahı Elnur Əkbərov saytımıza açıqlamasında deyib. Mütəxəssis quru öskürəyə səbəb olan və ən çox rastlanan xəstəliklər haqqında məlumat verib:

"Faringitin ən çox rastlanan səbəblərindən biri burun tənəffüsünün pozulmasıdır. Burun tənəffüsü pozulmasına yol açan xəstəliklər: burun arakəsməsi əyriliyi, burun balıqqulağı xəstəlikləri, burun polipləri və s. Bu patologiyalar zəminində tənəffüs zamanı hava axını burun boşluğu deyil ağız boşluğundan keçir və selikli qişalar quruyur. Bu quruluq nəticəsində udlağın selikli qişası daha həssas vəziyyətə düşür və davamlı qıcıqlanma şikayətinə yol açır.
Digər səbəblərdən biri qastroezofageal reflüksdur. Bu hadisə qida borusu ilə mədə arasında yerləşən büzücü sfinkterin yetməzliyi adlanır. Yetməzliyin əsas səbəbləri: qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, artıq çəki və s. Qida borusundan yuxarıya doğru hərəkət edən mədənin turşulu möhtəviyyatı udlağın selikli qişasına zədələyici təsir göstərməklə yenə
də faringitə səbəb ola bilər".

Dr.Elnur Əkbərov faringitin səbəbləri arasında zərərli vərdişlərimiz də olduğunu vurğuladı: “Bu vərdişlərdən öndə gedəni tütündən istifadədir. Belə ki, tütünçəkmə zamanı tüstü və yüksək temperatur üst tənəffüs yollarına təsir edir. Udlaq, üst tənəffüs yollarının ayrılmaz hissəsi olduğu üçün bu təsirdən kənar qalmır. Nəticədə udlağı örtən selikli qişa üzərində mikrozədələnmələr meydana gəlir və faringitə məxsus qıcıqlanma, təkrarlayan öskürək və s. əlamətlər başlayır. Adətən tütünçəkməni tərgitdikdən sonra pasiyentlər sağalır.
Eyni zamanda faringit tənəffüs yolları infeksiyaları zəminində və ya müxtəlif aqressiv kimyəvi maddələrin təsiri nəticəsində ola bilər. Anladığınız kimi faringitin olduqca çox səbəbləri var və mütəxəssisin əsas vəsifəsi məhz bu səbəbi aşkarlaya bilməklə problemə son qoymaqdır”.

Daha ətraflı məlumat almaq üçün uzman həkim, qulaq-burun-boğaz və baş-boyun carrahı Elnur Əkbərovun əlaqə nömrəsi: 
(+994) 55 292 90 00
(+994) 55 202 90 00
[email protected] 
2002-2004 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin müxtəlif istiqamətlərdə yerləşən hərbi-tibb müəssisələri 
2005-2009 illərdə Qarnizon hospitalının Cərrahiyyə bölməsinin baş ordinatoru, LOR həkim
2014-2021 illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsi rəisi, Silahlı Qüvvələrin baş otorinolariqoloqu
2021-ci il  “Prime Hospital”

DİGƏR XƏBƏRLƏR

Top