Azərbaycan Ordusunun şəhid hərbi qulluqçusu ilə vida mərasimi keçirilir - FOTO

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevlə vida mərasimi keçirilir.

Yeniavaz.com xəbər verir ki, report-un məlumatına görə, tədbirdə rayon rəsmiləri, yerli sakinlər və şəhidin yaxınları iştirak edirlər.

Mərasimdən sonra şəhid kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Ə.Musayev 7 aya yaxındır Murovdağ istiqamətində itkin düşmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top