“Sputnik V”nin Türkiyədə istehsalı üçün razılaşma əldə olundu


Türkiyənin “Viscoran” dərman şirkəti ilə Rusiya arasında “Sputnik V” peyvəndinin bu ölkədə istehsalı üçün razılaşma əldə olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik V” peyvəndinin tviter səhifəsində məlumat verilib.
Rusiya Birbaşa İnvestisiya Fondunun (RBİF) rəsmiləri də məsələni təsdiqləyib.
Məsələyə “Viscoran” dərman şirkəti də münasibət bildirib. Şirkət məhsulun istehsalı üçün araşdırmaların aparıldığını bildirib. Onların sözlərinə görə, tənzimləyici qurumlardan peyvəndin istehsalı üçün icazə alındıqdan dərhal sonra “Sputnik V”-nin tədarükünə başlanacaq.  
Qeyd edək ki, şirkət bir neçə aya ölkədəki müxtəlif müəssisələrdə istehsalatın başlanmasını hədəfləyir. RBİF ilə müqaviləsi çərçivəsində “Viscoran” dərman şirkəti həmçinin sənayedə lider olan digər yerli dərman istehsalçıları ilə ortaqlığın qurulmasına dəstək verəcək.

DİGƏR XƏBƏRLƏR

Top