İTV adından fırıldaqçılıq edənlər iş başında saxlanıldı - VİDEO

Cənub bölgəsində İTV adından fırıldaqçılıq edən şəxslər iş başında yaxalanıb.
Onları Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları İTV-nin bölgə müxbirinin müraciəti əsasında saxlayıb.
Saxlanılan iki şəxs özlərini İctimai Televiziyanın əməkdaşları kimi təqdim edərək dükanları, tikinti materiallarının satışı mağazalarını, iaşə obyektlərini özlərinin qanunsuz gəlir mənbələrinə çeviriblər.
Fırıldaqçılar həmin obyektlərdə qanunsuzluqların olduğunu iddia edərək pul tələb ediblər, əks təqdirdə isə obyekt sahiblərini şantajla hədələyiblər.

DİGƏR XƏBƏRLƏR

Top