Rusiyanın türk PUA-larını hədəf almasına belə qarşılıq verildi - VİDEO


“Roketsan” Rusiyanın “Lantsent” adlı kamikadze dronun təqdimat vaxtı türk PUA-larını hədəf almasına eyni şəkildə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, “Roketsan” cavab olaraq Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi “Pantsir”in bir zərbə ilə vurulma anını öz tviter hesabında yayımlayıb.
Qeyd edək ki, Rusiyanın dövlət televiziyası “Rossiya 1”də “Lantset” adlı kamikadze dronunun təqdimatı vaxtı onun türk PUA-larını hədəf aldığı göstərilmişdi. Telekanalda hər iki dron da qarşılaşdırılaraq türk PUA-larının rus kamikadze dronlarına qarşı zəif olduğu iddia edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top