Oruclu ikən ağız qoxusunun qarşısını necə almaq olar?


Ramazan ayında aclıq və susuzluq səbəbindən ortaya çıxan problemlərdən biri də ağız qoxusudur. Tənəffüs yolu infeksiyaları, diş və diş əti xəstəlikləri, mədə problemləri, böyrək və qaraciyər çatışmazlığı kimi ciddi xəstəliklər ağız qoxusunun yaranmasına səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, ağıza düzgün qulluq edilərsə, bu problemdən xilas olmaq mümkündür. 
Ramazan ayında digər aylarla müqayisədə axşam saatlarında şirniyyat, qəhvə və çay kimi içkilər daha çox istehlak edildiyi üçün ağızda bakteriyaların çoxalması və bu səbəblə dişlərdə çürümələrin əmələ gəlməsi sürətlənir. Ramazanda dişlər fırçalanmadığı zaman bakteriyalar imsakdan iftara qədər çoxalmağa başlayır.  Bu vəziyyət ağızda pis qoxu və diş çürüməsinə səbəb olur. Bu vəziyyət eyni zamanda bir çox xəstəliyin yaranmasına da şərait yaradır.  
Oruc tutan şəxslərə iftar və sahurdan sonra xüsusi antiseptiklərdən istifadə etmələri tövsiyə olunur. Bundan əlavə, duzlu su ilə də qarqara etmək olar. Diş üçün saplar da ağız baxımı üçün istifadə olunmalı, bütün görünməyən daxili və xarici səthlər təmizlənməli və dil ən azı 2 dəqiqə fırçalanmalıdır. Diş çürüməsinin və ağız qoxusunun qarşısını almaq üçün iftar və imsakdan sonra diş və diş əti bölgələri diqqətlə fırçalamalı, hərtərəfli təmizlənməlidir. İmsakda daha az karbohidratlı qida istehlak etməli, süd və süd məhsulları, kalsiumla zəngin olan qidalar, meyvə və tərəvəzlərə üstünlük verilməsi tövsiyə olunur. Bundan başqa soğan, sarımsaq və turp kimi qidalar ağız qoxusuna səbəb olur.  Bu problemin qarşısını almaq üçün belə qidaların istehlakına diqqət yetirməkdə fayda var. Ədviyyatlar kükürd komponentlərini artırdığı üçün ağız qoxusuna səbəb olur. Buna görə xüsusilə oruc tutan şəxslərin çox istifadəsi tövsiyə edilmir. İmsakda çay istehlak etmək istəmirsinizsə, bol su içərək  həm ağızdakı su tarazlığını qorumuş, həm də  ağızdan gələn qoxunun yaranmasının qarşısını almış olacaqsınız.

DİGƏR XƏBƏRLƏR

Top