
"İrəvanda apteklərdən birindən aldığım dərmanın içindən azərbaycanca təlimat kağızı çıxıb"
Yeniavaz.com xəbər verir ki, bu barədə Kara Avetisyan adlı erməni öz “facebook” səhifəsində məlumat yayıb. O bildirib ki, Azərbaycan dilində təlimat kağızı çıxan “deep relief” adlı dərmanı İrəvanda yerləşən apteklərdən birindən alıb. Dərmanın hansı yollarla Ermənistana gedib çıxdığı bilinmir. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
