Ramiz Mehdiyev Elton Məmmədovu işdən çıxarıb? - AMEA-dan AÇIQLAMA

Elton Məmmədovun işdən azad olunması ilə bağlı xəbər yalandır.

Yeniavaz.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə AMEA-nın İşlər idarəsindən məlumat verilib.

“Hazırda Elton Məmmədov məzuniyyətdədir. Onun işdən çıxarılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”, - deyə məlumatda qeyd olunub.


***19 aprel, saat 15:28
AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.

Yeniavaz.com xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, E.Məmmədov isə uzunmüddətli məzuniyyətə çıxaraq, iyun ayının 14-də işdən çıxması ilə bağlı ərizə yazaraq akademiyanı tərk edib.

Qeyd edək ki, E.Məmmədov bu il yanvarın 17-də həmin vəzifəyə təyin olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top