Kürdəmirdə polisin müdaxilə etdiyi toyun görüntülərini “Tik Tok”a kim yükləyib? – DİN-dən AÇIQLAMA + VİDEO


Ötən gün “Tik Tok” və “Facebook”da Daxili İşlər Nazirliyinin əməkdaşlarının Kürdəmir rayonunda toy məclisi keçirilən həyətə basqın etməsinin görüntüləri yayılıb. Kadrlarda sakinlərdən bəzilərinin görüntüləri çəkənlərə mane olmağa çalışdığı, bir nəfərin isə huşunu itirdiyi görünür. Sözügedən görüntülərin hansı məqsədlə çəkilməsi və yayılması barədə DİN-ə sorğu ünvanladıq.
DİN-in mətbuat katibi Elşad Hacıyev Yeniavaz.com-a bildirdi ki, sosial şəbəkələrdə yayılan kadrları çəkən və yayan polis əməkdaşları deyil.
Qeyd edək ki, həmin kadrların sonunda, görüntüləri lentə alan şəxs, ona mane olmağa çalışan vətəndaşa “müqavimət göstərmə, əlini çək” – deyə xəbərdarlıq edir.
Həmin görüntüləri təqdim edirik:

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Yeniavaz.com-a bildirib ki, pandemiya dövründə, ölümcül virusun geniş yayıldığı zamanda belə kütləvi tədbirlərin keçirilməsi vətəndaşların sağlamlığı baxımından həm təhlükəli, həm də yolverilməzdir:
"Övladına toy etməyi hər bir vətəndaşımıza arzu edirik. Buna baxmayaraq təəssüflər olsun ki, toy, yas, ad günləri və digər belə kütləvi tədbirlər keçirməyə cəhd hallarına rast gəlirik və sözsüz ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları tərəfindən belə cəhdlərin qarşısı alınır. Aprelin 10-da Kürdəmir rayonunun Ərşəli kəndində toy mərasiminin keçiriləcəyi barədə polisə məlumat daxil olub və ərazidə xidmətdə olan bir neçə əməkdaş ünvana gedərək toyun keçirilməsinin yolverilməz olduğu barədə toy sahibinə xəbərdarlıq edilib. Lakin çox təəssüflər olsun ki, orada olan bir neçə qadın polis əməkdaşlarına qarşı aqressiv davranaraq Azərbaycan xanımına yaraşmayan hərəkətlər edib, ifadələr işlədiblər. Buna baxmayaraq onlarla profilaktik və izahedici söhbətlər aparılmış, tədbirin keçirilməsinin qarşısı alınıb".

DİGƏR XƏBƏRLƏR

Top