Polşa Rusiyanın 3 diplomatını “persona non-qrata” elan etdi


Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını "persona non-qrata" elan edib.

Bu barədə Polşa Xarici İşlər Nazirliyi bildirib.

"Səfirə (Rusiyanın Polşadakı səfirinə-red) Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non-qrata” elan olunması barədə diplomatik nota verildi", xəbərdə deyilir.

Polşa Xarici İşlər Nazirliyinin iddiasına görə, belə qərarın qəbul olunmasına səbəb diplomatik statusun həmin şəxslər tərəfindən pozulması olub.//report

DİGƏR XƏBƏRLƏR

Top