Mingəçevirdə reyd keçirilib


Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları şəhər ərazisində reyd keçirib.
Yeniavaz.com xəbər verir ki, Dövlət Yol Polisi Bölməsinn əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reyd təşkil edilib. Reyd zamanı qayda pozan sürücülərə rast gəlinib. Keçirilən reydlə bağlı bölmədən bildirilib ki, məqsəd yol hərəkətində təhlükəsizliyi təmin etmək, yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. 
Qeyd edək ki, reyd zamanı dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub. Onlarla maarifləndirici söhbətlər aparılıb. Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top