Xəbər verdiyimiz kimi, 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğlunun meyiti Kür çayından tapılıb.
Mingəçevirdə 33 gün öncə itkin düşən və bu gün səhər saatlarında Kür çayında meyiti tapılan Ruslan Abbasovun babası Eyyub Rəsulov Yeniavaz.com-a deyib ki, ümidləri boşa çıxıb:
"Ruslan itkin düşəndən sonra axtarışlar bir nəticə vermədiyinə görə Xoşqədəmin verlişinə çıxdıq. Hamımız inanırdıq ki, Xoşqədəm Ruslanı tapacaq. Amma bu gün səhər saatlarında aldığımız xəbər bizi sarsıtdı. Ruslanın cansız bədəni Kür çayının sahillərindən çıxdı. Anası hələ yoldadır Bakıda verlişdə idi. Hələ ki, uşağın ölüm səbəbi araşdırılır”.
Qeyd edək ki, Ruslan Abbasovun meyiti bu gün səhər saatlarında Mingəçevir Kür çayının ərazisində tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Esmira Hidayətova, Mingəçevir