ABŞ: “Rusiya Ukrayna sərhədinə ordu yığır, niyyəti bəlli deyil”


ABŞ müdafiə nazirliyinin sözçüsü Con Körbi Rusiya-Ukrayna münasibətlərinin gərginləşdiyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Con Körbi jurnalistlərə verdiyi açıqlamasında Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının müəmmalı olduğunu deyib:
  “Rusiyanın niyyəti tamamilə aydın deyil. Onları Ukrayna sərhədinə nə üçün qoşun yığdıqlarını aydınlaşdırmağa çağırırıq”.
Qeyd edək ki, bir neçə gündür Rusiya və Ukrayna arasında gərginlik davam edir. Hər iki ölkənin rəsmiləri bir-birinə qarşı sərt açıqlamalar verirlər.
 

DİGƏR XƏBƏRLƏR

Top